Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı uğurla yekunlaşdı

Baş səhifə

Bakı. Trend:

Bank sektorunda peşəkar kadrların yetişdirilməsinə töhfə vermək
məqsədi ilə təşkil olunan Yelo Bank-ın “Summer Challenge” yay
təcrübə proqramı bu il də uğurla başa çatdı. Proqram çərçivəsində
55 seçilmiş gənc iştirakçı Bankın müxtəlif departamentlərində real
iş mühiti ilə tanış olaraq, peşəkar mütəxəssislərin mentorluğu
altında praktiki bilik və bacarıqlar əldə etdi.

İştirakçılar təcrübə müddətində Yelo Bank-ın gündəlik fəaliyyətinə
cəlb olunaraq layihələrin hazırlanması, tədbirlərin təşkili və
komanda işində fəal rol oynadılar. Proqram gənclərə liderlik,
ünsiyyət, analitik düşüncə və ideya istehsalı kimi mühüm
bacarıqları inkişaf etdirmək üçün geniş imkanlar yaratdı.

Proqramın sonunda bütün iştirakçılara rəsmi sertifikatlar təqdim
olundu. Aktivliyi və peşəkar yanaşması ilə seçilən bir sıra
iştirakçılar isə artıq Yelo Bank-da işlə təmin olunaraq komandaya
qoşulublar.

Yelo Bank-ın təşəbbüsü ilə “Summer Challenge” kimi proqramlar
gələcək illərdə də davam etdiriləcək və daha çox gəncin karyera
yolunda ilk addımlarını atmasına imkan yaradacaq.

Banklarda
vakansiya
ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!




Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir