
Bakı. Trend:
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı
prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam
etdirilir.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fakta görə Sabunçu
RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi
başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı
Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

