
Bakı. Trend:
Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin
hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda
döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın
həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar yayılıb.
Trend-in əldə
etdiyi məlumata görə, hazırda Azərbaycanda həbs həyatı yaşayan
muzdlu terrorçunun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan xəbər
həqiqətə uyğun deyil.
O, gündəlik həbxsana rejiminə uyğun olaraq cəzasını çəkir.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış
cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü
(Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş
sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci
(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma)
və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz
olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb
edilmişdi.

