Braziliya millisinin üzvü “Fənərbağça”da

Baş səhifə

Bakı. Trend:

“Fənərbağça” heyətinə yeni qapıçı cəlb edib. Super Liqa nəhəngi “Mançester Siti”dən Edersonu transfer edib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




“Fənərbağça” Braziliya millisinin üzvü üçün Premyer Liqa klubuna
11 milyon avro təzminat ödəyəcək. 32 yaşlı qolkiper İstanbul
təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Mançester Siti” Edersonu 2017-ci ilin yayında “Benfika”dan transfer etmişdi. Təcrübəli “əlcək sahibi” bu mövsüm “şəhərlilər”in heyətində 3 rəsmi matçda meydana çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir