Normallaşma prosesini dəstəkləməyə davam edəcəyik –

Baş səhifə

“Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik”.

Metbuat.az-ın xəbərinə görə, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşlə bağlı paylaşımında yazıb.

“Biz birgə komissiya iclasları vasitəsilə qardaş Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirməkdən məmnunuq. Prezidentlərimizin rəhybərliyi altında Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz iqtisadiyyat, sosial siyasət, regional əməkdaşlıq sahələrində yeni üfüqlər açır”, – o yazıb.

Yılmazın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda atılan tarixi addımdan sonra Türkiyənin Cənubi Qafqazda davamlı sülh və sabitliyə olan ümidləri daha da artıb:

“Biz regional sülh prosesini və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik. Məqsədimiz ümumi inkişafı, bəşəri əlaqələri və qardaşlığımızı daha da gücləndirməklə regionumuzda sülhün, sabitliyin və rifahın hökm sürməsinə töhfə verməkdir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir