“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?

Baş səhifə

Bakı. Trend:

Dünya üzrə yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik
olan “Formula 1”in Bakıda keçirilməsi Azərbaycanın tanıdılması və
imicinin formalaşması işinə öz müsbət töhfəsini verir.

Yarışdan əvvəl və yarış müddətində ölkəmizə çoxsaylı
azarkeşlərlə yanaşı, beynəlxalq media nümayəndələri də gəlir ki, bu
da ölkənin və paytaxtın tanıdılması üçün əlverişli imkandır.

Trend-in
xəbərinə görə, yarış dünyanın bir çox ölkələrində canlı yayımlanır
və bununla da qısa müddət ərzində xeyli sayda insan Azərbaycan
haqqında məlumat alır.




Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
“Formula 1”in turizmə təsiri yalnız cari olaraq yarışlara gələn
azarkeşlərin sayı ilə ölçülməməlidir.

“Bütövlükdə “Formula 1” kimi beynəlxalq tədbirlər həm də
uzunmüddətli planda turizmin inkişafına öz töhfəsini verir,
iqtisadi baxımdan iqtisadiyyatın turizmlə bağlı müxtəlif
sahələrində canlanma yaradır. Bu kimi irimiqyaslı beynəlxalq
tədbirlər ərəfəsində və müddətində Azərbaycanda turizm sənayesi ilə
birbaşa və dolayı yolla əlaqəli kiçik və orta sahibkarlığın
inkişafı üçün yeni imkanlar yaranır”, – deyə Agentliyinin məlumatda
vurğulanıb.

Qeyd edilib ki, ilboyu Dövlət Turizm Agentliyi tərəfindən bütün
beynəlxalq tədbirlərdə və sərgilərdə ölkəmizin turizm
potensialının, müxtəlif turizm məhsullarının, eləcə də “Formula 1”
yarışlarının təbliğatı aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir