
Azərbaycanda balıq ovu mövsümü başlayıb, lakin bəzi balıqların ovlanması qadağandır.
Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qırmızı Kitab”a daxil edilmiş ümumilikdə 11 balıq növünün ovlanmasına moratorium qoyulub. O, həmin balıq növlərini də açıqlayıb.
Siyahıya aşağıdakı növlər daxildir:
– Qaya balığı
– Çay qızılxallısı
– Xəzər qızılbalığı
– Şirvan külməsi
– Zərdəpər
– Xəzər şirbiti
– Cənubi Xəzər porusu
– Qılıncbalıq
– Dəniz sıfı
– Kür siyənəyi
– Volqa siyənəyi
Direktorun sözlərinə görə, həmçinin bütün nərə cinsinə aid balıqların – bölgə, nərə və uzunburunun ovlanması da tamamilə qadağandır.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.