
Rusiya irimiqyaslı şəkildə ordusunu gücləndirir.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O bildirib ki, Rusiya bütün alyans üçün uzunmüddətli təhlükə olaraq qalır. Ruttenin sözlərinə görə, Rusiya ordusunda böyük qüvvə toplayır. Rutte bunun, təkcə Moskvadakı paradlarda nümayiş etdirmək üçün deyil, həm də istifadə üçün olduğunu ifadə edib. Rutte bəyan edib ki, ruslar hazırda həmin qüvvələrdən Ukraynada istifadə edirlər və başqa yerlərdə də istifadə edə bilərlər.
NATO lideri, ABŞ və Avropa tərəfdaşlarının, o cümlədən NATO-nun Ukrayna üçün bütün formatlarda təhlükəsizlik təminatları ilə bağlı müzakirələrini davam etdirdiyini qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.