İsrail ordusu HƏMAS-ın yüksək rütbəli əməliyyatçısını zərərsizləşdirib

Baş səhifə

İsrail ordusu Emili Damari, Romi Qonen və Naama Levini girov saxlayan HƏMAS-ın yüksək rütbəli əməliyyatçısı Hazem Avni Nəimi zərərsizləşdirib.

APA xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə Qəzza şəhər briqadasının hərbi kəşfiyyat aparatının yüksək rütbəli komandiri olan Nəim keçən həftə Qəzza şəhəri ərazisində öldürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir