ABŞ İran neftini qaçaqmalçılıq yolu ilə daşıyan şirkətlərə sanksiya tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC)
İraq nefti adı altında İran neftini gizli şəkildə daşımaqda ittiham
olunan iş adamı Valid əl-Samarraiyə məxsus gəmiçilik şirkətlərinə
qarşı sanksiyalar elan edib.

Trend xəbər verir
ki, ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.




ABŞ maliyyə naziri Skott Bessent açıqlamasında bildirib:
“İraq terrorçular üçün təhlükəsiz sığınacaq ola bilməz, buna görə
də ABŞ orada İranın təsirinə qarşı durmağa çalışır. Xəzinədarlıq
İranın neft tədarükünü hədəfə almaqla rejimin ABŞ-yə və
müttəfiqlərinə qarşı hücumlar təşkil etmə qabiliyyətini zəiflədir.
Biz İran xaricində azad neft tədarükünü təmin etməyə sadiqik və
Tehranın ABŞ sanksiyalarını pozmaq cəhdlərini əngəlləməyə davam
edəcəyik”.

Məlumata görə, əl-Samarraiyə bağlı şəbəkə İran neftini
sanksiyalardan yayınmaq məqsədilə İraq nefti ilə qarışdıraraq
bazara çıxarırdı. Bu sxem iş adamına yüz milyonlarla dollar gəlir
qazandırıb.