
Bakı. Trend:
2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail”
PFK ilk əcnəbi transferini həyata keçirib.
Trend xəbər verir
ki, paytaxt klubu Braziliyanın “Patriatos” komandasının sabiq
futbolçusu Afonso Almeida Duarte ilə 1+1 illik müqavilə
imzalayıb.
23 yaşlı braziliyalı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış
edir.

