
Bakı. Trend:
Polşa ABŞ-dən 2026-cı ildə G20-yə qoşulmaq üçün dəvət olunmasını
xahiş edib.
Trend xəbər verir
ki, bu barədə Mayamidə səfərdə olan Polşanın xarici işlər naziri
Radoslav Sikorski jurnalistlərə açıqlama verib.
Sikorski qeyd edib ki, “Polşanın “trilyon dollarlıq
iqtisadiyyatlar” klubuna daxil olması ilə əlaqədar mən xahiş etdim
ki, ABŞ 2026-cı ildə G20-nin sədri kimi bizi öz sıralarına
qoşulmağa dəvət etsin.”