
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələrin qərargahının
Alabama ştatına köçürüləcəyini açıqlayıb.
Trend-in
məlumatına görə, Tramp bildirib ki, yeni qərargah Alabama ştatının
Hantsvil şəhərində yerləşəcək və “raket şəhəri” kimi tanınacaq.
O, həmçinin xatırladıb ki, ilk prezidentlik müddətində Kosmik
Komandanlığı yaradarkən qərargahın Alabamada qurulmasını
planlaşdırıb, lakin Bayden administrasiyası onu Koloradoda
yerləşdirib.