
Bakı. Trend:
Yerli seçkilərə iki həftədən az qalmış Almaniyanın qərbində
yerləşən Şimali Reyn-Vestfaliya federal torpağında ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından altı namizədin vəfat
etdiyi bildirilib.
Trend-in “BBC
News”a istinadən verdiyi məlumata görə, əvvəlcə yalnız dörd
siyasətçinin ölümü barədə məlumat yayılmışdı, lakin sonradan bu say
altıya yüksəlib.
Polis rəsmiləri ölümlərdə şübhəli heç bir halın olmadığını
açıqlayıblar. Lakin yaranmış vəziyyət seçki bülletenlərinin yenidən
çap edilməsinə və artıq poçtla səs verən bəzi seçicilərin yenidən
səsverməyə cəlb olunmasına səbəb olub.
Seçkilər 14 sentyabr tarixinə təyin olunub. 18 milyon əhalisi
olan Şimali Reyn-Vestfaliyada keçiriləcək seçkilərdə ümumilikdə 20
minə yaxın namizəd mübarizə aparacaq.