
Bakı. Trend:
ABŞ Hindistanı Rusiya neftini ucuz qiymətə almaqda, ondan
istehsal edilən yanacağı isə bazar qiymətinə sataraq qazanc əldə
etməkdə və bununla Rusiyanın hərbi sənayesini maliyyələşdirməkdə
ittiham edir.
Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-nin
Hindistana qarşı 50% rüsum tətbiqi Rusiya neftini alıcılar üçün
daha da ucuzlaşdırıb. Ekspertlər bunu müsbət qiymətləndirərək
bildirirlər ki, sanksiyaların əsas məqsədi Rusiyanın mənfəətini
azaltmaqdır.
Hazırda “Urals” markalı Rusiya neftinin “Brent”lə müqayisədə
endirimi bir barelə görə 3-4 dollara qədər artıb. Omandan ixrac
edilən eyni sort neftlə müqayisədə isə Rusiya bir barel üçün 7
dollar endirim təklif edir ki, bu da Hindistanın neftayırma
zavodları üçün cəlbedici hesab olunur.
Bundan əlavə, Çin şirkətləri də “Urals” neftinə maraq göstərməyə
başlayıblar. Çinin idxalı demək olar ki, 10 dəfə artaraq 50 min
barel/sutkadan 420 min barel/sutkaya yüksəlib.

