Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Baş səhifə

Bakı. Trend:

“I Zabrat” QPS-də tənzimləyici qovşağın demontaj olunması
işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin
hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi
küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin
yerinin dəyişdirilməsi məqsədilə 03.09.2025-ci il tarixdə saat
10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.




Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat
qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək,
Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir,
Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda
yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə,
C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə
İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi,
C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.