
Bakı. Trend:
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat
23:59-da başa çatacaq.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyentlər
https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet
ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi
ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.
Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak
edə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi
buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati
binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev
küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri,
Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab
mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində
sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Jurnalların elektron versiyasını (PDF
formatda) www.abiturient.az saytında və ya DİM-in
internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin
elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş
etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal