
Bakı. Trend:
Masallıda 17 300-ə yaxın abonent və sənaye obyektinin qaz
verilişində fasilə yaranacaq.
Trend
xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat
yayıb.
Bildirilib ki, Masallı rayon ərazisində qaz xəttinin üzərində
quraşdırılmış baypas xəttində aparılan növbədənkənar yoxlama zamanı
aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə
04.09.2025-ci il saat 10:00-dan işlər başa çatana qədər Masallı
şəhəri, Qızılavar, Kosakül, Allahyarlı, Musaküçə, Səmidxan-2,
Gəyəçöl, Lürən, Sərçuvar, Təzəkənd, Sirəbil, Öncəqala,
Hüseynhacılı, Xıl, Seybətin, İsgəndərli kəndlərinin və Ərkivan
qəsəbəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
“Bu müddətdə ümumilikdə 17 300-ə yaxın abonent və sənaye
obyektinin qaz verilişində fasilə yaranacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik”,- deyə məlumatda qeyd edilib.

