Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Baş səhifə

Bakı. Trend:

1 sentyabr 2025-ci il tarixində Qafqazın ilk tam inteqrasiyalı
rəqəmsal ekosistemi Bir ekosistem ictimaiyyətə yeni loyallıq
proqramını təqdim edib. İllərdir tanıdığımız Umico Bonus artıq
böyük yeniliklər və daha böyük güclə Bir Bonus olaraq yoluna davam
edəcək.

Tədbir Bir ekosistemin Loyallıq Proqramı İdarəsinin baş
direktoru Fərid İslamovun çıxışı ilə başlayıb. O qeyd edib ki: “Bu,
sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə
tərəfdaşımızın gücünün eyni çətir altında birləşməsidir. Bir Bonus
ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə
bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal
təcrübədir. Onlar tam rahatlıqla gündəlik əməliyyatlarından
bonuslar qazanacaq və həm brendlərimizdə, həm də partnyorlarımızda
bonuslarını rahatlıqla xərcləyə biləcəklər”.

Ekosistemin Partnyor Şəbəkəsi Departamentinin direktoru Mahmud
Mahmudov isə yeni sistemin həm müştərilər, həm də partnyorlar üçün
daha çevik imkanlar təqdim etdiyini vurğulayıb. “Bir neçə ildir ki,
biz müştərilərimizlə keşbek sistemi vasitəsilə dəyər yaradırdıq,
amma görürük ki, yalnız keşbek modeli müştərilərin gözləntilərinə
tam cavab vermir. Ona görə də biz daha geniş imkanlara malik, fərdi
yanaşma və çeviklik təqdim edən bonus sisteminə keçid edirik. Bu
sistem milyonlarla istifadəçiyə fərdi seçim imkanı verəcək və
onların alış-veriş təcrübəsini daha maraqlı edəcək. Digər tərəfdən,
partnyorlarımız artıq öz müştəri bazasına uyğun fərqli kampaniyalar
yarada, müştəri davranışını daha dərindən, rahat izləyə
biləcəklər”.




Qeyd edək ki, Bir Bonus – Birbank, m10, Birmarket və digər
ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə
bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradan vahid
loyallıq proqramıdır. Bonusları BakıKart biletindən Trendyol
sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər çox geniş
imkanlarla istifadə etmək mümkündür. Bir ekosistemin yeni loyallıq
proqramı Bir Bonus yaxın gələcəkdə də həm müştərilər, həm də
partnyorlar üçün innovativ həllər və yeni imkanlar təqdim etməkdə
davam edəcək.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket,
m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni
zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji
tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir,
həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində
müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR
ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli
alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə
ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi
həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit
platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli
və təhlükəsiz xidmət təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir