ABŞ-nın Azərbaycandakı səfirliyinin sabiq əməkdaşının məhkəməsi başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul
əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə anket
məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı və zərərçəkmiş tərəf işin məhkəməyə
verilməsini təklif etsə də, təqsirləndirilən şəxs buna etiraz edib
və işi yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını
istəyib.

Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul
edib.




Proses 17 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn
səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün
ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham
edilir.
O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ
keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda
dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəməyə
qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir