“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri icra olunub

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO 2023-cü ildə tədavülə
buraxdığı ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazlar
üzrə növbəti kupon ödənişlərini uğurla icra edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, budəfəki ödəniş
çərçivəsində investorların bank hesablarına ümumilikdə 3 milyon ABŞ
dolları köçürülüb.




Qeyd edilib ki, ötən ay ASCO-nun 2024-cü ildə emissiya etdiyi
ümumi həcmi 50 milyon ABŞ dolları təşkil edən istiqrazlar üzrə də
nöbəti kupon ödənişi həyata keçirilmiş və investorlar 1,5 milyon
ABŞ dolları məbləğində gəlir əldə etmişdilər.

“ASCO istiqrazları”nın hər birinin nominal dəyəri 1 000 ABŞ
dollarıdır. Həm 2023-cü ilin 3 mart, həm də 2024-cü ilin 23 fevral
tarixlərində dövriyyəyə buraxılmış istiqrazlar 5 illik müddətə
emissiya olunub. İstiqrazların illik gəlirliliyi 6% təşkil edir,
faiz ödənişləri isə ildə iki dəfə həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir