
Bakı. Trend:
Hindistanın Pəncab ştatında Sutlec, Bias və Ravi çaylarının
daşmasın nəticəsində meydana gələn sellərdə azı 30 nəfər həyatını
itirib.
Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, sentyabrın 1-dən etibarən bölgədə ümumilikdə
1400-ə yaxın kənd və qəsəbə su altında qalıb. Təbii fəlakət
zonasından 20 minə yaxın sakinin təxliyə olunduğu xəbər
verilir.
Daşqınlar eyni zamanda bölgənin kənd təsərrüfatı sektoruna ağır
zərbə vurub, məhsul yığını ərəfəsində tarlalar sel suları altında
qalıb.
Qeyd edək ki, avqust ayında Pəncab ştatının ərazisinə rekord
353,7 mm yağıntı düşüb. Bu normal göstəricidən 74 faiz çoxdur.