Paytaxtda bərk məişət tullantılarının yığılması layihəsinə daha bir rayon da qoşulub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin kommunal sahədə islahatların
genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Bakı Şəhər
İcra Hakimiyyətinin (BŞİH) həyata keçirdiyi bərk məişət
tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi
uğurla davam etdirilir.

BŞİH-dən Trend-ə verilən məlumata görə, bu layihəyə bu ilin
iyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub.

Bildirilib ki, bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində
müşavirə keçirilib.




Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov,
Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Bakı şəhər və
Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə
nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı
müzakirə edilib,müşahidə olunan müsbət dinamika vurğulanıb.

Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin
tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq
olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki
bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq
etmək üçün imkan yaradır.

Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərin
daha da gücləndirilməsi tapşırığı verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir