
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qalakənd kəndində 1 nəfərin dərəyə yıxılması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10.39
Gədəbəydə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qala kəndində, Yoğdu dağ adlanan ərazidə qeydə alınıb. Rayon sakini 1970-ci il təvəllüdlü Y.Yolçuyev dağdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, Y.Yolçuyev dağdan çiçək yığan zaman ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı araşdırma aparılır.

