Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Denize Bronzettiyə və İtalo Riqiyə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent
Kapitanları Denize Bronzettiyə və cənab İtalo Riqiyə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və
Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah
diləyirəm”.