Türkiyədə illik inflyasiya 33%-dən aşağı enib

Baş səhifə

Türkiyədə illik inflyasiya yenidən azalıb.

APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin avqust ayında illik inflyasiya 32.95% təşkil edib. İyul ayında bu rəqəm 33.52% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri əvvəlki aya görə 2.04% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 33.28%, nəqliyyatda 24.86%, mənzillərdə isə 53.27% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir