
Bakı. Trend:
Ermənistanda qaranlıq əməliyyatlar aparmaq üçün Rusiya
şirkətlərinin yaradılması ilə bağlı şübhələr var.
Trend
xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov Ermənistanın
şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair
brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibədən sonra
Ermənistanda rusiyalı iş adamlarının adlarına açılmış yüzlərlə
şirkət peyda olub:
“Bu şirkətlərin qaranlıq əməliyyatların aparılması üçün
yaradılmasına dair şübhələr var. Birdən-birə Rusiyadan Ermənistana
ixracın 75 %-dən çoxunun mirvarilər, qiymətli və ya yarıqiymətli
daşlar, qiymətli metallar kimi məhsullar təşkil etməsinə heç kim
cavab vermir”.