Müdafiə naziri Vyetnam HDQ Komandanlığında olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının
Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və
Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət
edilib, əklillər qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral
Tran Thanh Nghiem ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın
inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra
məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long”
buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.