
Bakı. Trend:
Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiya
Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir.
Trend
xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin Ermənistanın şübhəli idxal-ixrac
əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqində hüquqşünas
Bayram Sadıqov bildirib.
Onun sözlərinə görə, Qərbin tətbiq etdiyi sanksiyalardan
yayınmaq üçün Rusiyanın Ermənistanı qanunsuz ticarət aparmağa
təhrik etməsi BMT Baş Assambleyası tərəfindən 28 yanvar 2002-ci
ildə qəbul edilmiş Qətnamənin “Beynəlxalq hüquqa zidd hərəkətlərə
görə dövlətlərin məsuliyyəti” bölməsində “Başqa bir dövlətin
hərəkəti ilə əlaqədar bir dövlətin məsuliyyəti” başlıqlı IV
fəslində “Başqa bir dövlətin beynəlxalq hüquqazidd əməlini
törətməsinə rəhbərlik edən və nəzarəti həyata keçirən dövlət, bu
əmələ görə beynəlxalq məsuliyyət daşıyır” kimi müddəası Rusiyayaya
birbaşa şamil edilməlidir:
 
“Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı təcavüzkar
müharibəsinə cavab olaraq ona qarşı görünməmiş miqyasda
genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu günə qədər Rusiyaya qarşı
20 minə yaxın müxtəlif sanksiyalar tətbiq olunub.
Sadalanan tipik sanksiyalara əlavə olaraq, limana giriş
qadağaları, uçuş qadağaları, ixrac/idxal qadağaları (məsələn,
minerallar, taxta-şalban, dəbdəbəli mallar, yanacaq, mədəni mallar,
qızıl, qiymətli metallar və s.), investisiya, ödənişlər və
kapitalın hərəkətinə qadağalar, turizm sektoruna məhdudiyyətlər,
müdafiə sahəsində əməkdaşlıq qadağaları, təhsillə bağlı
məhdudiyyətlər də tətbiq edilir”.
Hüquqşünas qeyd edib ki, sanksiyaların pozulması ölkədən və
pozuntunun ağırlığından asılı olaraq həm inzibati, həm də cinayət
məsuliyyəti, o cümlədən, cərimələr, həbs və əmlakın müsadirəsi ilə
nəticələnə bilər.
“Məsələn, Avropa İttifaqında sanksiyalardan yayınma həbslə
cəzalandırılır və ABŞ-da sanksiya rejimini pozmaq uzun müddətli
azadlıqdan məhrum edilməklə federal cinayətdir”, – deyə B.Sadıqov
fikrini tamamlayıb.


 
						 
						