Beynəlxalq Valyuta Fondunun missiyası Ukraynaya səfər edib

Baş səhifə

Beynəlxalq Valyuta Fondunun missiyası Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna üzrə Fondun icraçı direktorunun müavini Vladislav Raşkova istinadən RBK-Ukrayna məlumat verib.

“BVF komandası ilə birlikdə gecə saatlarında Kiyevə gəldik, səhəri isə bir qədər sığınacaqda keçirdik. İşə hazırıq. Bir çox görüşlər planlaşdırılıb”, – deyə Raşkov bildirib.

Onun sözlərinə görə, missiya Ukraynada 7–8 gün fəaliyyət göstərəcək.

Qeyd olunur ki, bu dəfəki BVF missiyası Ukraynaya yeni kredit tranşının ayrılması ilə bağlıdır.