
Bakı. Trend:
Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan
professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş
XVII Beynəlxalq Musiqi Festivalı açılır.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İCESCO-nun
dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam
edəcək.
Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax
şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm
konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri
təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ,
Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış
ifaçılar və musiqişünaslar çıxış edəcəklər.