İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırılıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində
keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar
açıqlanıb.

Trend xəbər
verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər
briqadası idarə edəcək.

Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot
kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə
yetirəcək.




VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı
Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda
təşkil olunacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat
22:45-də başlayacaq.