NATO-nun Baş katibi Ukrayna üçün silah sifarişini sürətləndirməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rütte alyansa üzv ölkələri ABŞ-dan
Ukraynaya silah tədarükünün sifarişini və maliyyələşdirilməsini
sürətləndirməyə çağırıb.

Trend xəbər
verir ki, Mark Rütte bunu Brüsseldə keçirilən mətbuat konfransında
deyib.




“Avropa ölkələrinin maliyyələşdirdiyi 2 milyard avroluq hərbi
yardım artıq ABŞ-dan Ukraynaya çatdırılıb. NATO-nun digər
ölkələrini də bu səylərə daha fəal qoşulmağa dəvət edirəm”, – deyə
Baş katib vurğulayıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp
Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam
edəcəyini bildirib. O, bunun üçün Avropa ölkələrinin tədarükləri
maliyyələşdirməsini şərt kimi irəli sürüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir