Qriqoryan Tehrandan sonra Parisə gedir

Baş səhifə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Parisə səfər edəcək.

Modern.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

“Səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır”, – Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.

Xatırladaq ki, avqustun 29-da Qriqoryan İrana səfər edib və İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb. O, İran tərəfini avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərlə tanış edib. Erməni rəsmini İran prezidenti Məsud Pezeşkian da qəbul edib.