Məktəblilər necə qidalanmalıdır? –

Baş səhifə

Yeni tədris ilinin başlanması ilə sentyabr ayı, uşaqların gündəlik rejimində ciddi dəyişikliklər tələb edir. Yayda sərbəst vaxt keçirməyə öyrəşmiş uşaqlar üçün bu dövrün uyğunlaşdırılması və sağlam inkişafları üçün düzgün yuxu və qidalanma qaydalarına riayət etmək çox önəmlidir.

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova Metbuat.az-a açıqlamasında valideynlərə sentyabr ayı üçün uşaqların sağlamlığına dair faydalı tövsiyələrini bölüşüb:

“Yay aylarında uşaqlar daha gec yatmağa öyrəşirlər. Amma sentyabrda artıq saat 22:00-dan əvvəl yatmaq çox vacibdir. Uşaqların orqanizmi inkişafda olduğu üçün böyümə hormonu əsasən erkən yuxunun ilk saatlarında sintez olunur. Bu, həmçinin digər hormonların balansına, immun sisteminin güclənməsinə və yeni tədris ilinə daha yaxşı hazırlaşmağa kömək edir”.

Nuranə Hüseynovanın sözlərinə görə, uşaqların qidalanmasında da mövsümə uyğun addımlar atılmalıdır:
“Qida rasionuna mütləq payız mövsümünün təzə meyvə və tərəvəzlərini – alma, armud, nar, üzüm və s. daxil etmək lazımdır. Havanın isti keçməsi səbəbindən uşaqların maye balansına diqqət etmək çox önəmlidir. Məktəbə və ya gəzintiyə gedərkən yanlarında içməli su olmalıdır. Həmçinin isti havada qidaların saxlanma şərtlərinə xüsusi diqqət göstərmək lazımdır, çünki bakteriyalar daha sürətlə çoxalır”.

Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.