Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Baş səhifə

Bakı. Trend:

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir
İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət
Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

Trend xəbər
verir ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı
katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze
DTX-nın sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.




M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin
deputatı olub. Xatırladaq ki, DTX-nın keçmiş rəisi Anri Oxanaşvili
bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa
verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri
üzrə müşaviri postunu tutacaq.