
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq
edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə
zərərçəkənlərə ümumilikdə 26 330 manat maddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən
38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı
İ.Qasımzadə saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki
zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli
bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı
İ.Tahirov da tutulublar.
Faktlarla bağlı araşdırmalar aparılır.

