Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs tutulub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı
əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində
saxlanılıb.

Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.




Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə
əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir