Sabah İzmirdə Türkiyə-Azərbaycan IV Enerji Forumu keçiriləcək

Baş səhifə

Türkiyə-Azərbaycan IV Enerji Forumu İzmirdə keçiriləcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, sabah İzmir şəhərində Türkiyə-Azərbaycan IV Enerji Forumu təşkil olunacaq.

Tədbirdə Türkiyədən enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycandan isə energetika naziri Pərviz Şahbazov iştirak edəcək.

Forum çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və mövcud layihələrin müzakirəsi planlaşdırılır.

Dəryanur Cəfərova

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir