Britaniya XİN rəhbəri: Sanksiya qoyduğumuz şəxs və qurumlar ukraynalı uşaqların zorla deportasiya edilməsində iştirak edir

Baş səhifə

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi sanksiyalara məruz qalan rusiyalı şəxs və qurumları ukraynalı uşaqların məcburi deportasiyasında və beyinlərinin yuyulmasında günahlandırıb.

APA xəbər verir ki, Britaniya XİN rəhbəri bu barədə özünün “X” hesabında bəyanat verib.

“Rusiyanın Ukraynanın mülki əhalisini bombaladığı bir vaxtda, Putin ukraynalı uşaqları deportasiya edir və yalanla, dezinformaiya ilə onların irsini silməyə çalışır. Bu gün biz Kremlin bu siyasəti ilə əlaqəli olanlara sanskiya tətbiq edirik” Lemmi bildirib.

Qeyd edək ki, Böyük Britaniya bu gün Rusiyanın 11 şəxs və qurumuna sanksiya tətbiq edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir