Dövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

Baş səhifə

Bakı. Trend:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nizamnamə məqsədlərindən
irəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında
üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır.
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP ilə
əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu,
özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrant
müsabiqələridir”.

Trend xəbər
verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama
verib.




Ü.Qarayeva deyib ki, 4 spesifik mövzu istiqaməti olacaq.
QHT-lərin layihə təklifləri üçün 2025-ci il sentyabr 22-dən
oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə
bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant
üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min
manatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin
kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst
müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr
təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki,
Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant
müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər.
QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta
və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi
tövsiyə edilir.

Agentik təmsilçisi onu da deyib ki, QHT-lərə Dövlət Dəstəyi
Agentliyi Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrlə
onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək
tədbirlərini genişləndirməkdə davam edəcək. Yaxın günlərdə
Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının
Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində
Özbəkistanla birgə qrant müsabiqəsi də elan olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir