“ChatGPT” qlobal səviyyədə çöküb

Baş səhifə

Bakı. Trend:

Süni intellekt (AI) ilə işləyən məşhur çat-bot “ChatGPT” geniş
miqyaslı nasazlıqla üzləşib. Dünyanın müxtəlif yerlərindən çoxsaylı
istifadəçilər çat-bota sorğularına cavab ala bilmədiklərini
bildirir. Problemlər bu gün (3 sentyabr) , səhər saat 10:45
radələrində başlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.

“Downdetector” monitorinq xidmətinin məlumatlarına görə,
nasazlıqlarla bağlı şikayətlərin sayı son 24 saat ərzində pik
həddinə çatıb və mesajların sayı 1900-ü keçib. Bununla belə, bəzi
istifadəçilər üçün funksionallıq qorunub saxlanılıb və xidmət
normal rejimdə işləyir.




Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olub.
Problemlərin böyük əksəriyyəti (təxminən 96%) çat-botun
veb-versiyası ilə bağlıdır, istifadəçilərin yalnız 4%-i mobil
tətbiqdə nasazlıqlarla üzləşib.

ChatGPT-nin tərtibatçısı olan “OpenAI” şirkəti nasazlıqların
mövcudluğunu təsdiqləyib və onların səbəblərinin aradan
qaldırılması üzərində aktiv şəkildə işlədiklərini bildirib.