Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın
energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii
sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə
Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan
enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər
istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun
imzalanması nəzərdə tutulur.




Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər
planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında
iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya
çərçivəsində strateji enerji əməkdaşlığının daha da
möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22
dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6
oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il
28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir