
Bakı. Trend:
Dünyada qızılın qiyməti yenidən tarixi maksimumunu
yeniləyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Nyu-York Əmtəə Birjasında qızılın dekabr fyuçersləri bir
unsiyaya görə 3600 dollar 25 sentə çatıb. Beləcə, qızılın
qiymətləri yeni rekord səviyyəyə çatıb.
Analitiklərin bildirdiyinə görə, dolların zəifləməsi və ABŞ
Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini aşağı salacağı ilə
bağlı artan gözləntilər qiymətli metallara marağı artırıb.
Qeyd edək ki, Amerikanın maliyyə tənzimləyicisinin həlledici
iclasının 16-17 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir.