
Bakı. Trend:
Milli Aviasiya Akademiyasında aviatexniklərin hazırlığı
Proqramının açılış mərasimi keçirilib.
Trend
xəbər verir ki, tədbiri açıq elan edən Akademiyanın Birinci
prorektoru Ədalət Səmədov, Proqramın hava nəqliyyatı sahəsi üçün
strateji əhəmiyyətindən danışdı. Daha sonra çıxışçılar AZAL- ın
İnsan Resurslari uzrə aparici mütəxəssisi Fəridə İsrafilbəyova,
AZAL-ın Hava Gəmilərinin Uçus Yararlığının Saxlanılması Xidmətinin
rəisi Polad Nəsirov, Təlim Mərkəzinin Texniki xidmət heyətinin
hazırlığı departamentinin rəisi Elçin Sultanov və Proqram
iştirakçısı Fərman Əsədullayev öz fikirlərini auditoriya ilə
bölüşdü.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə
həyata keçirilən Texnik-mexanik (B1) ve Texnik-avionik (B2)
proqramı üzrə namizədlərin seçimi başa çatıb. Proqrama qəbul olunan
56 iştirakçı ilk 2 il ərzində Milli Aviasiya Akademiyasında nəzəri
biliklər əldə edəcək.
Növbəti 3 il ərzində isə praktiki fəaliyyətə cəlb olunaraq peşə
bacarıqlarını təkmilləşdirəcəklər. Proqramı uğurla başa vuran
əməkdaşlar aviatexnik lisenziyası əldə edəcək və hava gəmilərinə
texniki xidmət göstərmək, eləcə də onların uçuşa buraxılışını təmin
etmək səlahiyyətinə malik olacaqlar.
Proqram texniklərin biliklərini artırmaqla yanaşı, müasir
texnologiyaların tətbiqinə də dəstək olacaq.