
Bakı. Trend:
ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraq
sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu
funksionallığını istifadəyə verib. Bu yenilik Bankın ekvayrinq
məhsulları arasında QR ödənişi olmayan son xidmətin də
rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu
tam şəkildə AniPay sisteminə inteqrasiya olunub.
Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində
təqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminə
inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə
oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra
vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş
təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən
vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.
Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün
nəzərdə tutulub və ödənişlərin daha asan, təhlükəsiz şəkildə
qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla
yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı
verir.
Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri
ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da
təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə
üstünlüklər deməkdir.
Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin
e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da
tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən
ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə
biləcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

