İnvestisiya şirkətlərinin yanvar-avqust ayları üzrə dövriyyələrinə görə RENKİNQİ

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları üzrə Bakı Fond Birjasında (BFB)
ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum
olub.

Trend BFB-yə
istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan
şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (28,4 milyard
manat).

Siyahıda ikinci pillədə 24 milyard manat dövriyyə ilə “ABB
İnvest İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 3,5 milyard manat
dövriyyə ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb.




Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin
renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan
olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli
kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin yanvar-iyul ayları
üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 28,391,321,734.00 5669
2 “ABB İnvest İnvestisiya Şirkəti” QSC 23,978,267,440.00 17242
3 “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 3,484,528,735.00 1832
4 “Assist Finance İnvestisiya şirkəti” ASC 3,082,856,211.00 1272
5 “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 1,853,613,568.00 112
6 “İnvest-Az İnvestisiya Şirkəti” QSC 1,640,747,630.00 1066
7 “Unicapital İnvestisiya Şirkəti” ASC 1,453,543,532.00 5459
8 “Capital Partners İnvestisiya Şirkəti” QSC 917,018,444.00 1160
9 “Troni İnvestisiya Şirkəti” QSC 529,487,091.00 4325
10 “CFI Financial İnvestisiya Şirkəti” QSC 199,297,176.00 84
11 “İNNO Kapital İnvestisiya Şirkəti” ASC 183,979,967.00 912
12 “MFX Trading İnvestisiya Şirkəti” ASC 148,514,416.00 53
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir