İxrac olunan bir sıra heyvan mənşəli qida məhsulları sertifikatlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida
məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə
təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.




Belə ki, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və
Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta
məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı
məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü,
İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir