Mikrosahibkarlığa verilən kreditlərin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin iyul ayının sonuna Azərbaycanda mikrosahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 3,288 milyard manat təşkil
edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.




Məlumata görə, bu, iyun ayının sonu ilə müqayisədə 85,6 milyon
manat və ya 2,7%, ötən ilin eyni dövrünə nisbətən isə 515,2 milyon
manat və yaxud 18,6% çoxdur.

Qeyd edək ki, bu ilin iyulun sonuna Azərbaycan banklarının
biznes kredit portfelinin həcmi 15,056 milyard manat təşkil edib.
Bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 87,9 milyon manat və
ya 0,6% azalma, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən isə
1,1 milyard manat və yaxud 8,2% artım deməkdir.