“Qarabağ”ın oyununun biletləri satışa çıxır – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turu
çərçivəsində Portuqaliyada “Benfika”nın qonağı olacaq.
Qarşılaşmanın biletlərinin qiyməti müəyyənləşib.

Trend xəbər
verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat
yayıb.




5 sentyabr tarixində satışa çıxacaq biletlərin qiyməti 40-60
avro arasında dəyişir.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın
16-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start
götürəcək.